09 Avqust 2022
Kateqoriyasız

Polislə jurnalistlər arasında Dostluq Kuboku matçı keçirilib

Masazır qəsəbəsindəki “Bank Respublika Arena”nın qapalı meydançasında polislər və idman jurnalistlərindən ibarət komandalar arasında minifutbol üzrə Dostluq Kuboku uğrunda qarşılaşma oynanılıb.

Matç 2 iyul – Azərbaycan Polisi Günü və Beynəlxalq İdman Jurnalistləri Günü münasibətilə Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib.

Oyunda Abşeron rayon Polis İdarəsinin komandası ilə İdman Araşdırmalar Mərkəzinin (İAM) jurnalistlər arasında keçirdiyi Zəfər Kubokunun qalibi “Ağdam” kollektivi üz-üzə gəlib.

Dövlət Himninin səsləndirilməsindən sonra çıxış edən İAM-ın sədri Elşən Məmmədov ardıcıl ikinci ildir belə bir görüşə yüksək səviyyədə şərait yaratdığı üçün Abşeron rayon Polis İdarəsinə təşəkkürünü bildirib. Yerli Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev isə jurnalistləri və polisləri peşə bayramları münasibətilə təbrik edərək, hər iki komandaya uğurlar arzulayıb.

Oyun “Şöhrət” ordenli karateçi, Bakı-2015 I Avropa Oyunlarının və Vrotslav-2017 Dünya Oyunlarının qalibi, Abşeron rayon Polis İdarəsinin əməkdaşı Firdovsi Fərzəliyevin topa rəmzi ilk toxunuşu ilə start götürüb.

Matç polislərdən ibarət komandanın qələbəsi ilə yekunlaşıb – 3:1. Hesabı “Ağdam”ın oyunçusu Vüqar Səfərli açsa da, Abşeron polislərindən ibarət kollektiv sonradan ardıcıl qollar vuraraq, nəticəni öz xeyrinə dəyişməyi bacarıb. Toplardan ikisinin müəllifi Ruslan Cəfərzadə, digərinin isə Mirağa Quliyev olub.

Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. E.Məmmədov görüşün təşkilinə verdiyi dəstəyə görə Abşeron rayon Polis İdarəsi ilə Gənclər və İdman İdarəsinə təşəkkürnamə təqdim edib. Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev isə İAM-ı və Polis İdarəsini fəxri diplomla təltif edib.

Ardından “Ağdam” və Abşeron polislərinə fəxri diplomlar verilib. Nəhayət, qalib komanda Dostluq Kubokuna sahib olub.

Qeyd edək ki, ötən il Abşeron rayon Polis İdarəsinin komandası ilə jurnalistlərdən ibarət “Qubadlı” kollektivi arasındakı qarşılaşmada da asayiş keşikçiləri üstün olmuşdular – 4:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Fənərbaxça” və “Trabzonspor”da Azərbaycanı təbrik etdi -FOTOLAR

admin

“Neftçi”dən qələbə, “Sumqayıt” darmadağın oldu – Yenilənib

admin

“Səbail” Qəbələdə darmadağın oldu – Video

admin