Dünən “Qarabağ” – “Tvente” qarşılaşmasında Ağdam klubunun azarkeşləri “Şəhidlər ölməz, Vətən bölünməz” plakatı açmaq istəyirdilər.
İdmanxeber.com-un məlumatına görə, lakin polislər yenə bu pankartı açmağa imkan verməyiblər. Nəticədə azarkeşlər iradını bildirsilər də, hüquq mühafizəçiləri pankartın açılmasına qarşı çıxıblar.
Qeyd edək ki, eyni hal Premyer Liqanın ilk turu çərçivəsində “Sumqayıt”la matçda da təkrarlanmışdı.