25 Noyabr 2024
İdman

Polşa və Serbiyanın iddialı klubları Antalyada autsayderimizə qarşı

“Kəpəz”in Antalyadakı təlim məşq toplanışı çərçivəsində Rumıniyanın “Vitorul” kollektivi ilə qarşılaşacağı baədə xəbər vermişdik.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Yunis Hüseynovun yetirmələrinin növbəti rəqibləri də bəlli olub. “Vitorul”la yanaşı daha 3 matçda qüvvini sınayacaq gəncəlilərin ilk rəqibi “Yagelloniya” klubu olacaq. Cari mövsümün əvvəli Avropa Liqasının təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Polşa təmsilçisi Roman Qriqorçukun yetirmələrinə boyun əyib. “Kəpəz”in təklifini geri çevirməyən polşalılarla matçın tarixi isə dəqiq bilinmir. 

“Sarı göylər”in növbəti qarşılaşacağı klub isə Serbiya Super Liqasının iddialılarından “Spartak” kollektivi olacaq. Sonuncu – 4-cü rəqibin kimliyi isə hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43