Polşanın IV liqa təmsilçisi “Troşin”də çıxış edən azərbaycanlı futbolçu Orxan Fərəcov ölkəmizə qayıdacaq.
İdmanxeber.az-a verilən məlumata görə, buna səbəb oyunçunun sözügedən ölkədə oturum izni ilə bağlı problem yaşamasıdır. Fərəcovun komandası ilə mövsümün sonuna qədər müqaviləsi olsa da, oraya qayıtmaya bilər.
Bununla yanaşı, 23 yaşlı yarımmüdafiəçiyə I Liqanın 3-4 klubundan təklif var. O, sənədlərini həll etməsi üçün bir müddət Azərbaycanda oynamalıdır.
Bu səbəbdən də Fərəcovun yenidən Polşa klubuna qayıtması çətin görünür.
Həsən Quluzadə