Dünya futbolu

Polşalı futbolçunun “Qarabağ”la oyunda geyindiyi forma satışa çıxarılıb

“Marsel”in sabiq futbolçusu Arkadiuş Milikin  Bakıda “Qarabağ”a qarşı keçirilmiş UEFA Konfrans Liqasının pley-off oyununda geyindiyi forma satışa çıxarılıb.

İdmanxeber.az-ın məlumatına görə, formanın başlanğıc qiyməti 630 Polşa zlotu və ya təqribən 1,575 manatdır. Milik imzalı formasını oyunun ardından görüşün baş hakimi Bartoş Frankovskiyə hədiyyə edib.

FIFA dərəcəli hakim isə formanı ölkəsinin Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca bağışlayıb.

“Qarabağ” – “Marsel” oyunu qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43