20 Sentyabr 2024
Dünya futbolu

Polşalı qapıçı ərəblərlə anlaşa bilmədi

“Yuventus”un qapıçısı Voyçex Şesni Səudiyyə Ərəbistanına getməyəcək.

İdmanxeber.az-ın məlumatına görə, polşalı bir müddətdi “Əl-Nəsr” klubu ilə danışıq aparırdı. Ancaq transferin alınmadığı bildirilir. Tərəflər maliyyə məsələsində razılıq əldə edə bilməyib.

Ötən mövsüm Şesni 35 oyun keçirib. O, bu görüşlərdə 30 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43