“Yuventus”un və Polşa yığmasının sabiq qapıçısı Voyçex Şesni sentyabrın 30-da Barselonaya uçub.
İdmanxeber.az-ın məlumatına görə, 34 yaşlı qolkiper zədəli Mark-Andre ter Ştegenin əvəzinə heyətə cəlb ediləcək. Şesni müqavilə imzalamazdan əvvəl tibbi müayinədən keçəcək.
Xatırladaq ki, qapıçı ötən yay futbolçu karyerasını başa vursa da, indi “Barselona”dan təklif aldığı üçün onu bərpa etmək qərarına gəlib.