Fransalı futbolçu Pol Poqba karyerasını Türkiyədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, oyunçunun xidmətində “Qalatasaray” klubu maraqlıdı.31 yaşlı yarımmüdafiəçinin meneceri Poqbanı İstanbul klubuna təklif edib.
Qeyd edək ki, dopinqə görə diskvalifikasya olunan futbolçunun cəzası 4 ildən 18 aya endirilib. O, mart ayından yaşıl meydanlara çıxa biləcək.
Poqba 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub.