İdman

Poqba: “Yuventus” hələ də qəlbimdədir”

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba “Yuventus”dakı günlərini xatırlayıb.

İdmanxeber.com-un məlumatına görə, fransız futbolçu Turin klubuna daim minnətdar olacağını qeyd edib:

“Yuventus” karyeramda vacib yer tutur. Bu komanda hələ də qəlbimdədir. Daim “Qoca Sinyora”ya minnətdar olacağam. Orada özünəinam qazandım, böyük təcrübə topladım. Fanatlar, klubdakılar

Turində özümü evdəki kimi hiss etməyimə kömək oldular. Bütün bunları heç vaxt unuda bilmərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43