“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba karyerasını Səudiyyə Ərəbistanı və ya ABŞ-da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, artıq bu ölkələrin klubları 31 yaşlı fransalıya maraq göstərib.
Xatırladaq ki, İdman Arbitraj Məhkəməsi (CAS) Poqbanın antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya müddətini 4 ildən 18 aya endirib. Futbolçunun cəzası 2025-ci ilin martına qədər qüvvədə olacaq.
Oktyabrın 5-də “Yuventus”un Poqba ilə müqaviləni ləğv etmək niyyətində olduğu bildirib.