“Porto” tarixinin ən bahalı transferini reallaşdırıb.
İdmanxeber.com-un məlumatına görə, adətən nəhəng klublara futbolçu yetişdirərək satan “ağ-göylər” bu dəfə özləri tərləməli olublar. “Əjdahalar” “Marsel”in yarımmüdafiəçisi Janelli İmbulanı heyətinə qatıb.
“Porto” 20 milyon avro qarşılığında 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb.