27 Sentyabr 2024
Dünya futbolu

“Portu”nun oyunçusu nəhənglərin transfer siyahısında

”Portu”nun oyunçusu Alan Varela bir çox komandanın transfer siyahısında yer alır.

İdmanxeber.az-ın məlumatına görə, “Borussiya” (Dortmund), PSJ və “Liverpul” 22 yaşlı argentinalıyla yaxından maraqlanır. Oyunçunun müqaviləsində 70 milyon avroya sərbəstqalma bəndi var.

Varela ötən ilin yayında “Boka Xuniors”dan “Portu”ya keçib. O, bu mövsüm bütün turnirlərdə 30 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43