17 yaşadək futbolçulardan
ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda
Azərbaycan yığmasının mübarizə aparacağı 2-ci qrupun oyunları Bakıda
keçiriləcək.
İdmanxeber.com AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, artıq
qarşılaşmaların keçiriləcəyi stadion və matçların başlama vaxtı
müəyyənləşib:
17 mart 2015-ci il
15:00. Portuqaliya – Serbiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
19:00. Xorvatiya – Azərbaycan
8-ci km qəsəbə stadionu
19 mart 2015-ci il
Serbiya – Xorvatiya
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Portuqaliya – Azərbaycan
8-ci km qəsəbə stadionu
22 mart 2015-ci il
19:00. Xorvatiya – Portuqaliya
“Bakı” FK-nın Təlim-Məşq Bazası
19:00. Azərbaycan – Serbiya
8-ci km qəsəbə stadionu