Bu gün AVRO-2016-da çempion komandanın adına aydınlıq gəlib.
İdmanxeber.com-un məlumatına görə, final qarşılaşmasında meydan sahibi Fransa millisi ilə Portuqaliya yığması üz-üzə gəlib.
"Stad de France"də keçirilən matçın əsas vaxtında hesba açılmayıb. Əlavə edilmiş vaxtda Eder komandasına çempionluq gətirən qola imza atıb.
10 iyul
Avropa çempionatı, final
23:00. Portuqaliya – Fransa 1:0
Qol: Eder, 109
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"