“Sportinq” (Lissabon) baş məşqçi Joao Pereyra ilə yollarını ayırıb.
İdmanxeber.az-ın məlumatına görə, 40 yaşlı çalışdırıcının işi rəhbərliyi qane etməyib. Rəsmi açıqlama olmasa da, mütəxəssisn uğursuz nəticələrə görə komandadan göndərildiyi bildirilir.
“Sportinq” Pereyranın rəhbərliyi altında keçirdiyi 8 oyunda 3 qələbə qazanıb, 1 heç-heçə edib, 4 dəfə isə məğlub olub.