22 Oktyabr 2024
Kateqoriyasız

Portuqaliya millisində itki – yarımfinalda olmayacaq

Portuqaliya millisinin futbolçusu Villyam Karvalyu “Avro-2016″nın yarımfinal oyununu buraxacaq.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb  24 yaşlı yarımmüdafiəçi Polşa ilə oyunda sarı vərəqə limitini doldurmasıdır. Sözügedən turnirdə ikinci sarı vərəqəsini alan V.Karvalyu cəzalı duruma düşüb.

Qeyd edək ki, V.Karvalyu bundan əvvəl “Avro-2016″nın 1/8 finalında Xorvatiya ilə oyunda sarı vərəqə ilə cəzalandırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43