Milli komanda

Portuqaliya millisinin baş məşqçisi: “Azərbaycan millisini yaxşı tanıyırıq”

Portuqaliyanın U-17 yığmasının baş məşqçisi Filipe Ramos Portuqaliya mətbuatına açıqlamasında Azərbaycan millisini yaxşı tanıdığını bildirib.

İdmanxeber.com-un məlumatına görə, Avropa çempionatının elit-raundunun Bakıda keçiriləcək qrup oyunlarında U-17 millimizlə qarşılaşaxaq olan təcrübəli mütəxəssis bunları deyib:

“Nikbin əhval-ruhiyyədəyik. Elit-raunda vəsiqə uğrunda yarışda keçirdiyimiz üç görüşün hamısında qələbə qazandıq. Bunun üçün xoşbəxtik. Bilirik ki, bu dəfə işimiz daha çətin olacaq. Çünki rəqiblərimizi yaxşı tanıyırıq. Serbiya, Xorvatiya və Azərbaycanın gücünə bələdik. Yenə keçirəcəyimiz hər üç oyunda qalib gəlsək, əla olar. Mümkün olan və olmayan hər şeyi edəcəyik ki, final mərhələsinə vəsiqə qazanaq. Komandanın potensialı buna imkan verir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43