“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Bavariya”ya keçməyə yaxındır.
İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı Portuqaliya millisinin futbolçusu Münhen klubunda tibbi müayinədən keçib. Transferin dəyəri 46 milyon avro qiymətləndirilir.
Palinya ötən mövsüm “Fulhem”in heyətində 40 oyuna 4 qol vurub və 1 məhsuldar ötürmə edib.