“Yuventus” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Turin klubu Portuqaliya millisinin üzvü Fransisko Konseysaonu icarəyə götürdüyünü açıqlayıb. Ötən mövsümü “Porto”da keçirən oyunçuyla müqavilə imzalanıb.
21 yaşlı futbolçuyla bir illik sözləşmə imzalanıb.