09 Oktyabr 2024
Kateqoriyasız

Portuqaliya – Türkiyə oyunu almanlara tapşırıldı

DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında keçiriləcək Portuqaliya – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Almaniya Futbol Federasiyasından Daniel Siebert idarə edəcək. Ona həmyerliləri Yan Seidel və Rafael Foltun köməklik göstərəcək. Dördündü hakim funksiyasını isə İsveçrə Futbol Federasiyasından Sandro Şerer yerinə yetirəcək.

Qeyd edək ki, martın 24-ü keçiriləcək Portuqaliya – Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43