“Beşiktaş” növbəti transferini gerçəkləşdirib.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu “Benfika”dan Joao Marionu heyətinə cəlb edib. Portuqaliyalı futbolçu ilə 1+2 illik müqavilə imzalanacağı gözlənilir.
O, bu mövsüm “qara qartal”da icarə əsasında çıxış edəcək. 31 yaşlı futbolçu daha əvvəl “Sportinq” (Lissabon), “Vest Hem”, “Lokomotiv” (Moskva) və “İnter”də oynayıb.