05 Fevral 2025
Dünya futbolu

Portuqaliyalı futbolçu “Milan”da

“Milan”  “Çelsi”nin portuqaliyalı hücumçusu Joao Feliksi icarəyə götürüb.

İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı futbolçu mövsümün sonuna kimi “rossoneri”də çıxış edəcək. Portuqaliyalı “Milan”da 79 nömrəli formanı seçib.

Bu mövsüm Feliks “Çelsi”nin heyətində 20 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı forvardı 30 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43