25 Noyabr 2024
Ölkə futbolu

Portuqaliyalı qapıçı Azərbaycandan ayrılır? – açıqlama

“Kəpəz”in qapıçısı İqor Rodrigesin komandadan ayrıla biləcəyini xəbər vermişdik. Portuqaliyalı qolkiper Rumıniyanın “UTA Arad” klubunun maraq dairəsindədi. 

Rodrigesin klubdan ayrılıb-ayrılmayacağını öyrənmək üçün özün ilə əlaqə saxladıq. O, məsələ ilə bağlı qısa açıqlama verdi:

‘Təkliflərim var. Gələcəyim barədə qərar verməliyəm. Hələ ki, gözləyirəm”.

İdmanxeber.az / Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43