Dünya futbolu

Portuqaliyalı “Real”a “yox” dedi

“Milan”ın hücumçusu Rafael Leau klubu tərk etmək niyyətində deyil.

İdmanxeber.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu İtaliya təmsilçisindən ayrılmaq istəmir. O, “Milan”da qalmaqdan məmnundur.

Mənbə yazır ki, hazırda “Çelsi” və “Real” Leaunu transfer etməkdə maraqlıdır. Ancaq portuqaliyalı futbolçu hər iki komandanın təklifini geri çevirib. O, karyerasını “Milan”da davam etdirmək niyyətindədir.

24 yaşlı oyunçu ilə “Milan”ın 2024-cü ilə qədər müqaviləsi var. Rəhbərlik onunla yaxın günlərdə sözşləşmə uzadılması üçün görüşəcək.

Leau cari mövsüm “Minal”da 41 oyunda 13 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43