Ölkə futbolu

“Praktika göstərir ki, futbolçular “Sumqayıt”da bir il qalır”

“Mənim üçün gözlənilən idi. Çünki klubun praktikası göstərir ki, futbolçular burada bir il qalır. Bu, yəqin ki, klubun fəlsəfəsidi. Biz belə nəticəyə hazır idik. Futbolçum “Sumqayıt” üçün hər şeyi etdi. Əlindən gələni meydanda göstərdi”.

Bu sözləri İdmanxeber.az saytına bu yaxınlarda “Sumqayıt”dan ayrılın Abu Dossonun meneceri Dejan Mişiç deyib. O, daha sonra belə davam edib:

Abu əsl peşəkardı. Futbolda ayrılıqlar olur. Biz heç nəyə təəccüblənmirik. Klubla danışıb razılaşmışıq. O, “Sumqayıt”ın avrokuboklara qatılmasına böyük töhfə verib. Statistika da bunu göstərir. Dosso keçirdiyi 29 oyunda 5 assit edib. Bəxti gətirsəydi, qollar da vura bilərdi. Hazırda maraq olduğu üçün Azərbaycanda qalacağı istisna edilmir. Nə olacağını birlikdə görəcəyik”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43