Azərbaycan Premyer Liqası 19-cu turuna yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeş qeydə alındığı qarşılaşması Masazırda keçirilib. “Sabah”ın “Neftçi”ni qəbul etdiyi görüşü stadiondan 1495 tamaşaçı izləyib.
Digər matçlarda qeydə alınan azarkeş sayı belədir:
“Səbail” – “Zirə” – (140 – 0:0)
“Kəpəz” – “Turan Tovuz” – (200 – 2:1)
“Qəbələ” – “Sumqayıt” – (150 – 0:1)
“Qarabağ” – “Araz Naxçıvan” (600 – 3:1)