Kateqoriyasız

Premyer Liqa: 5-ci tur rəqəmlərin gözü ilə

Bu həftə Topaz Premyer Liqasında 5-ci tura start veriləcək.

2 gün ərzində baş tutacaq 5 oyundan 3-ü Bakıda, 2-si isə kənarda keçiriləcək.

Turun mərkəzi oyunu “Qarabağ”la AZAL arasında keçiriləcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı ənənəsinə sadiq qalaraq bu dəfə də üz-üzə gələn cütlərin çempionatlar tarixindəki oyunlarının balansını təqdim edir. Balansda sonradan adını dəyişən klubların varisi olan komandaların nəticələri də əksini tapıb.

5-ci tur

31 avqust – (şənbə)

21. “Sumqayıt” (Sumqayıt) – “Rəvan” (Bakı)

+2=1-5, top fərqi 9-12

Eyni vaxtda Premyer Liqaya yüksələn komandalar arasında 9-cu duel ərəfəsində “Rəvan” üstünlüyə malikdir. Paytaxt futbolçuları yalnız ilk oyunda rəqibinin qapısına qol vura bilməyib. Ardıcıl 7 matçda rəqib qapısına ən azı 1 qol vuran “Rəvan” Sumqayıtdakı 4 oyundan 3-də qalib gəlib.

18.09.2011   Rəvan (Bakı) – Sumqayıt Şəhər   0:0

25.11.2011 Sumqayıt Şəhər – Rəvan (Bakı) 0:1

11.03.2012 Sumqayıt Şəhər – Rəvan (Bakı) 0:1

12.05.2012 Rəvan (Bakı) – Sumqayıt 3:2

21.10.2012 Sumqayıt – Rəvan (Bakı) 0:1

16.12.2012 Rəvan (Bakı) – Sumqayıt 2:3

07.04.2013 Rəvan (Bakı) – Sumqayıt 3:0

04.05.2013 Sumqayıt – Rəvan (Bakı) 4:1

22. “Qəbələ” (Qəbələ) – “Xəzər Lənkəran” (Lənkəran)

+4=4-10, top fərqi 15-27

“Xəzər Lənkəran” səfərdə qarşılaşacağı “Qəbələ” ilə oyunlarda böyük üstünlüyə malikdir. Amma son 3 matçda cənublular qalib gələ bilmir. Qəbələdəki son 5 oyunda isə heç-heçə qeydə alınmır.

09.12.2006   Xəzər Lənkəran – Gilan (Qəbələ) 4:0

23.05.2007 Gilan (Qəbələ) – Xəzər Lənkəran   0:3

30.09.2007 Xəzər Lənkəran – Qəbələ 2:1

05.04.2008 Qəbələ – Xəzər Lənkəran 1:1

15.11.2008 Qəbələ – Xəzər Lənkəran 0:1

03.05.2009 Xəzər Lənkəran – Qəbələ 1:2

19.09.2009 Qəbələ – Xəzər Lənkəran 1:1

19.12.2009 Xəzər Lənkəran – Qəbələ 1:0

12.03.2010 Xəzər Lənkəran – Qəbələ 4:1

17.04.2010 Qəbələ – Xəzər Lənkəran 1:2

07.08.2010 Xəzər Lənkəran – Qəbələ 1:0

06.11.2010 Qəbələ – Xəzər Lənkəran 1:0

23.09.2011 Xəzər Lənkəran – Qəbələ 2:1

21.02.2012 Qəbələ – Xəzər Lənkəran 2:1

07.04.2012 Qəbələ – Xəzər Lənkəran 0:1

05.05.2012 Xəzər Lənkəran – Qəbələ 1:1

21.10.2012 Xəzər Lənkəran – Qəbələ 1:1

23.02.2013 Qəbələ – Xəzər Lənkəran 2:0

25. “Bakı” (Bakı) – “Neftçi” (Bakı)

+9=9-24, top fərqi 34-61

Müxtəlif adlar altında ümumilikdə 43-cü dəfə “Neftçi” ilə qarşılaşacaq “Bakı” ümumi oyunların balansında çox geri olsa da, son matçlarda uğurlu seriyalara malikdir. Son 3 oyunda uduzmayan paytaxtın eyniadlı təmsilçisi 7 görüşdür ki, meydanı qolsuz tərk etmir. “Neftçi” isə rəqibi üzərində 25-ci, yubiley qələbəsinin astanasındadır.

04.12.1996 Neftçi (Bakı) – Polis Akademiyası (Bakı) 5:0

20.05.1997 Polis Akademiyası (Bakı) – Neftçi (Bakı) 1:2

27.09.1997 Neftçi (Bakı) – Dinamo (Bakı) 2:0

07.03.1998 Dinamo (Bakı) – Neftçi (Bakı) 1:1

29.08.1998 Dinamo (Bakı) – Neftçi (Bakı) 1:0

25.11.1998 Neftçi (Bakı) – Dinamo (Bakı) 1:0

28.04.1999 Neftçi (Bakı) – Dinamo (Bakı) 1:0

24.05.1999 Dinamo (Bakı) – Neftçi (Bakı) 1:3

12.03.2000 Dinamo (Bakı) – Neftçi (Bakı) 0:2

20.05.2000 Neftçi (Bakı) – Dinamo (Bakı) 1:0

11.11.2000 Neftçi (Bakı) – Dinamo-Bakılı 1:1

05.05.2001 Dinamo-Bakılı – Neftçi (Bakı) 0:2

03.11.2001 Dinamo-Bakılı – Neftçi (Bakı) 0:0

10.03.2002 Neftçi (Bakı) – Dinamo-Bakılı 6:0

30.07.2003 Dinamo (Bakı) – Neftçi (Bakı) 2:5

22.11.2003 Neftçi (Bakı) – Dinamo (Bakı) 1:0

15.09.2004 Bakı – Neftçi (Bakı) 2:0

13.02.2005 Neftçi (Bakı) – Bakı 0:0

03.12.2005 Bakı – Neftçi (Bakı) 2:2

07.05.2006 Neftçi (Bakı) – Bakı 0:1

10.11.2006 Bakı – Neftçi (Bakı) 0:1

08.05.2007 Neftçi (Bakı) – Bakı 1:0

20.10.2007 Bakı – Neftçi (Bakı) 5:1

30.03.2008 Neftçi (Bakı) – Bakı 3:2

16.08.2008 Neftçi (Bakı) – Bakı 0:1

21.02.2009 Bakı – Neftçi (Bakı) 2:0

24.10.2009 Bakı – Neftçi (Bakı) 0:2

09.02.2010 Neftçi (Bakı) – Bakı 1:1

21.03.2010 Neftçi (Bakı) – Bakı 1:0

23.04.2010 Bakı – Neftçi (Bakı) 1:1

31.10.2010 Bakı – Neftçi (Bakı) 0:2

11.12.2010 Neftçi (Bakı) – Bakı 0:2

13.03.2011 Bakı – Neftçi (Bakı) 0:1

23.04.2011 Neftçi (Bakı) – Bakı 2:0

23.09.2011 Neftçi (Bakı) – Bakı 1:0

07.03.2012 Bakı – Neftçi (Bakı) 1:3

08.04.2012 Neftçi (Bakı) – Bakı 2:1

05.05.2012 Bakı – Neftçi (Bakı) 2:0

25.11.2012 Bakı – Neftçi (Bakı) 1:2

18.12.2012 Neftçi (Bakı) – Bakı 1:1

12.03.2013 Bakı – Neftçi (Bakı) 1:1

19.05.2013 Neftçi (Bakı) – Bakı 0:1

1 sentyabr (bazar)

23. “Qarabağ” (Ağdam) – AZAL (Bakı)

+9=5-4, top fərqi 21-19

19-cu duel ərəfəsində “Qarabağ” aşkar üstünlüyə malikdir. AZAL son 5 səfər oyununda rəqibinin qapısına yol tapmayıb. “Qarabağ” son 4 ev matçında qələbəni bayram edib. Lakin rəqiblərin oyunlarındakı yeganə böyükhesablı qələbə məhz AZAL-ın hesabındadır.

27.08.2005 Olimpik (Bakı) – Qarabağ (Ağdam) 1:2

22.02.2006 Qarabağ (Ağdam) – Olimpik (Bakı) 3:2

23.10.2006 Qarabağ (Ağdam) – Olimpik (Bakı) 1:1

08.04.2007 Olimpik (Bakı) – Qarabağ (Ağdam) 0:0

01.12.2007 Qarabağ (Ağdam) – Olimpik (Bakı) 0:1

28.05.2008 Olimpik (Bakı) – Qarabağ (Ağdam) 0:1

16.08.2008 Qarabağ (Ağdam) – Olimpik (Bakı) 1:1

21.02.2009 Olimpik (Bakı) – Qarabağ (Ağdam) 0:1

22.11.2009 Qarabağ (Ağdam) – Olimpik-Şüvəlan (Bakı) 1:0

20.02.2010 Olimpik-Şüvəlan (Bakı) – Qarabağ (Ağdam) 1:1

19.09.2010 Qarabağ (Ağdam) – AZAL (Bakı) 0:0

21.11.2010 AZAL (Bakı) – Qarabağ (Ağdam) 2:0

18.03.2011 Qarabağ (Ağdam) – AZAL (Bakı) 1:0

18.05.2011 AZAL (Bakı) – Qarabağ (Ağdam) 3:1

24.09.2011 AZAL (Bakı) – Qarabağ (Ağdam) 1:3

03.03.2012 Qarabağ (Ağdam) – AZAL (Bakı) 1:0

16.09.2012 AZAL (Bakı) – Qarabağ (Ağdam) 6:2

04.11.2012 Qarabağ (Ağdam) – AZAL (Bakı) 2:0

24. “İnter” (Bakı) – “Simurq” (Zaqatala)

+13=1-2, top fərqi 29-9

9-cu dəfə “Simurq”u qəbul edəcək “İnter” öz meydanında rəqibinə xal verməyib. Bunlardan son 4-ü isə quru hesabla olub. Oyunların ümumi balansında da bakılılar böyük üstünlüyə malikdir.

25.08.2006  İnter (Bakı) – Simurq (Zaqatala) 2:0

18.03.2007 Simurq (Zaqatala) – İnter (Bakı) 1:2

20.10.2007 İnter (Bakı) – Simurq (Zaqatala) 2:0

29.03.2008 Simurq (Zaqatala) – İnter (Bakı) 3:4

21.09.2008 Simurq (Zaqatala) – İnter (Bakı) 0:2

14.03.2009 İnter (Bakı) – Simurq (Zaqatala) 2:1

31.10.2009 Simurq (Zaqatala) – İnter (Bakı) 1:1

13.02.2010 İnter (Bakı) – Simurq (Zaqatala) 2:1

31.10.2010 Simurq (Zaqatala) – İnter (Bakı) 0:1

13.02.2011 İnter (Bakı) – Simurq (Zaqatala) 2:0

10.09.2011 İnter (Bakı) – Simurq (Zaqatala) 1:0

20.12.2011 Simurq (Zaqatala) – İnter (Bakı) 0:2

20.10.2012 İnter (Bakı) – Simurq (Zaqatala) 1:0

24.11.2012 Simurq (Zaqatala) – İnter (Bakı) 1:0

20.04.2013 İnter (Bakı) – Simurq (Zaqatala) 5:0

14.05.2013 Simurq (Zaqatala) – İnter (Bakı) 1:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43