27 Sentyabr 2022
Kateqoriyasız

Premyer Liqa: 9 mövsümlük ənənə qırıldı

Azərbaycan Premyer Liqasında qızıl medalların sahibinə son tur aydınlıq gətirəcək.

İdmanxeber.az PFL-ə istinadən xəbər verir ki, bununla da çempionun vaxtından əvvəl təmin olunması seriyası başa çatıb. Belə ki, sonadək oynanılan son 9 çempionatın qalibi öncədən müəyyənləşib. 3 dəfə “Neftçi”, 6 dəfə “Qarabağ”ın qızıl medallar qazandığı mövsümlərdə son tur çempionluq baxımından əhəmiyyət daşımayıb. Yarımçıq dayandırılan ötən mövsümün mükafatları ilə bağlı qərarı isə İcraiyyə Komitəsi verib.

Çempionun son turda müəyyənləşdiyi son yarış isə 2009/10 mövsümü olub. 11 il öncə “İnter” (indiki “Keşlə”) qızıl medalları son turda əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Onlara bildirmişəm ki, biz hələ heç nə etməmişik” – Ayxan Abbasov

admin

De Byazi hədəflərdən danışdı: “AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir”

admin

“Sabah”dan qələbə, “Zirə” uduzdu

admin