12 Fevral 2025
Ölkə futbolu

Premyer Liqa: “Araz Naxçıvan”dan biabırçı göstərici

Misli Premyer Liqasının XXII turunun ən çox azarkeş qeydə alınan qarşılaşması bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, bu turda iki görüş tamaşaçıların daha çox marağını cəlb edib. “Şamaxı” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hər birində tribunalarda 1000 fanat qeydə alınıb.

Turun ən zəif göstəricisi isə Mərdəkanda müşahidə edilib. Naxçıvanı təmsil edib Bakıda məskunlaşan və ev oyunlarını paytaxda keçirən “Araz Naxçıvan”ın “Kəpəz”lə görüşünə cəmi 200 azarkeş gəlib.

Digər oyunlarda qeydə alınan azarekeş  sayı belədir:

“Sabah” – “Turan Tovuz” – 800 (2:1)

“Qarabağ” – “Sebail” – 500


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43