03 Fevral 2025
Ölkə futbolu

Premyer Liqa: bu oyunu 5000 azarkeş izləyib

Misli Premyer Liqasının XXI turunun ən çox azarkeş qeydə alınan qarşılaşması bəlli olub. 

İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” – “Səbail” matçı (1:1) tamaşaçı sayı baxımından digər görüşləri üstələyib. Tovuz şəhər stadionunda keçirilən matçı tribunalardan 5000 fanat izləyib.

Turun azarkeş baxmından ən zəif göstəricisi “Kəpəz” – “Sabah” oyununda (3:2) müşahidə edilib. Matçda cəmi 300 azarkeş qeydə alınıb. 

Digər görüşlərdə qeydə alınan tamaşaçı sayı belədir:

“Neftçi” – “Şamaxı” – 1200 (1:0)

“Sumqayıt” – “Araz Naxçıvan”  900 (0:0)

“Zirə” – “Qarabağ” – 1000 (3:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43