16 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqa FİFA-ya qarşı narazılığa dəstək verdi

İngiltərə Premyer Liqası Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyası Federasiyasının (FIFPro) FİFA-ya qarşı iddiasına qoşulub.

İdmanxeber.az-ın məlumatına görə, FIFPro milli çemionatlar və avrokuboklarla bərabər oyun qrafikinin sıx olduğunu bildirir. Qurum bu durumun futbolçular üçün ciddi təhkülə yarada biləcəyini düşünür.

Bu səbəbdən də Premyer Liqa FİFA-ya məktub göndərərək 32 komandanın iştirak edəcəyi klublararası dünya çempionatının yeni formatda keçirilməsindən narazı olduğunu bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43