25 Fevral 2025
Ölkə futbolu

Premyer Liqa: iki oyunun vaxtı dəyişdirildi

Misli Premyer Liqasının 25-ci turunun iki oyununun vaxtı dəyişdirilib.

İdmanxeber.az xəbər verir ki, yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq 4 mart tarixdə baş tutacaq “Turan Tovuz”  – “Zirə” və “Sabah”  – “Araz  Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib.

Hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43