Premyer Liqa

Premyer Liqa: IX turun oyunlarının vaxtı dəyişdirildi

Peşəkar Futbol Liqası  Premyer Liqanın doqquzuncu turunun oyunlarının vaxtını dəyişib.

PFL-in rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Azərbaycan “A” milli yığma komandasının DÇ-2014 seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya yığmaları ilə oyunlara yüksək səviyyədə hazırlaşması və əvvəlcədən təqvimə əlavə olunmuş qeydləri nəzərə alaraq  Premyer Liqasının IX turunun bütün oyunları oktyabrın 4-nə keçirilib.

Xatırladaq ki, əvvəlcə doqquzuncu turun matçlarının oktyabrın 4-ü, 5-i və 6-da keçirilməsi nəzərdə tutulmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43