21 Fevral 2025
Dünya futbolu

Premyer Liqa klubları Ardanı istəyir

“Real” komandasının futbolçusu Arda Gülər karyerasını İngiltədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Liverpul” və “Mançester Yunayted” klubları futbolçunu heyətinə qatmaq niyyətindədir. Türkiyə millisinin üzvü də Madrid klubundan ayrılmaq istəyir.

Qeyd edək ki, A.Gülər bu mövsüm Madrid təmsilçisinin heyətində 28 matçda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43