Premyer Liqa klubları Superliqada iştirak edə bilməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə jurnalist Ben Ramsbin açıqlama verib:
“Yeni qanun layihəsinə əsasən, Premyer Liqa klublarının İngiltərə futbolunu tərk etmək istəmədikcə Super Liqaya qoşulmaq şansı yoxdur. Yeni turnirdə iştirak etmək istəyən klublar milli çempionatdan kənarda qalacaqlar”.
2020-ci ilin fevralında Böyük Britaniya Avropa İttifaqını (Aİ) tərk etdi. Bununla bağlı Avropa Məhkəməsinin FİFA və UEFA-nın hərəkətlərini qanunsuz elan etməsi ingilis komandalarına şamil edilmir.