05 Yanvar 2025
Ölkə futbolu

Premyer Liqa klubu bu futbolçu ilə anlaşa bilmədi – 700 manatlıq təklifə görə

“Şamaxı” bir müddətdi komandanın düşərgəsində olan Mehrac Baxşalı ilə bağlı qərarını verib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi futbolçunu saxlamaq istəsə də, tərəflər maliyyə məsələsində razılaşmayıb.

“Şamaxı” oyunçuya aylıq 700 manat maaş təklif edib. Mehrac isə bu məbləğin az olduğunu bildirib. Bu səbəbdən də tərəflər razılığa gələ bilməyiblər.

Xatırladaq ki, yarımmüdafiəçi müqavilə ilə “Qəbələ”yə məxsusdu. “Şamaxı” onu icarəyə götürmək istəyirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43