2022/23 mövsümü üçün hazırlıqlarını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” qardaş ölkədə sonuncu yoxlama oyununu keçirəcək.
İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Aleksey Baqanın komandası son İran çempionu “İstiqlal”la üz-üzə gələcək. İyulun 28-də Qızılcahamam bölgəsində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Sumqayıt” Türkiyədəki ilk sınaq matçında Türkiyə klubları “Bandırmaspor”la heç-heçə edib – 2:2, “Samsunspor”a uduzub – 0:2.