Dünya futbolu

Premyer Liqa klubu nigeriyalı hücumçu alır

İngiltərənin “Aston Villa” klubu hücumçu Keleçi İheanaço ilə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Lester”dən azad agent kimi ayrılan 27 yaşlı nigeriyalını heyətinə qatmaq istəyir. İheanaço 2017-ci ilin avqustundan “tülkülər”də çıxış edir.
2023/24 mövsümündə forvard komandanın heyətində bütün yarışlarda 26 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43