“Real”ın hücumçusu Rodriqo karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçunun xismətində “Arsenal” klubu maraqlıdı. “Topçular” yay transfer pəncərəsində 24 yaşlı forvardı heyətinə qatmaq üçün hərəkətə keçəcək.
Rəhbərlik Rodriqo üçün 85 milyon avro ödəməyə hazırdı.
Braziliyalı La Liqasının cari mövsümündə 22 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir