Yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqədə olduğuna görə həbs olunan “Sanderlend”in futbolçusu Adam Consona növbəti zərbə klubundan gəlib.
İdmanxeber.com-un məlumatına görə, “Sanderlend” Adam Consonla olan müqaviləni birtəfəli şəkildə pozub.
28 yaşlı futbolçu iki yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olduğu üçün hazırda da məhkəmələr qarşısında sual-cavab edilir.
Qeyd edək ki, A.Conson 12 dəfə İngiltərə millisinin formasını geyinib.