“Araz Naxçıvan” klubunda maliyyə problemi yaşanır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, komandada fevral ayının maaşı yeniliklə ödənib. Mövsüm boyu əmək haqqlarının vaxtında verilməməsi oyunçularda ciddi narazılığa yol açır.
Hətta bəzi legionerlər sırf bu səbəbdən rəhbərliyin təklif edəcəyi yeni müqavilədən imtina etməyi düşünür. Onlar maaşlarının vaxtında verilməməsi səbəbindən yayda klubdan ayrılmağa qərar verib.