09 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubunda transfer hərəkətliliyi – Millimizin üzvü ilə anlaşıldı, hücumçu ilə danışıq aparırlır

“Şamaxı” klubu növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.

İdmanxeber.az-a verilən məlumata görə, bölgə təmsilçisi U-21 millimizin üzvü Emil Rüstəmovla anlaşıb. Gənc müdafiəçi növbəti mövsüm Şamaxı klubunun formasını geyinəcək.

Hazırda millimizlə Türkiyədə toplanışda olan müdafiəçi ilə ölkəmizdə qayıtdıqdan sonra müqavilə imzalanacaq.

“Şamaxı” müdafiə ilə yanaşı, hücum xəttini də gücləndirmək istəyir. Rəhbərlik hazırda Uğur Cahangirovla danışıq aparır.  Tərəflərin yaxın zamanda anlaşma əldə edəcəkləri gözlənilir.

Xatırladaq ki, Emil Rüstəmov və Uğur Cahangirov ötən mövsümü “Karvan-Yevlax”da keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43