Transfer çalışmalarını davam etdirən “Kəpəz” heyətini qorumağa çalışır.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi hazırda komandadakı yerli futbolçuların demək olar ki, hamısi ilə ilkin razılığa gəlib. Qərb klubunun heyətində yalnız hücumçu Amil Yunanov komandada qalmaq istəmədiyini bildirib.
31 yaşlı futbolçu özünə yeni komanda axtarır. Yunanovun real təklifləri olmasa da, gözləmək qərarına gəlib.