28 Sentyabr 2024
Dünya futbolu

Premyer Liqa klubundan “Barsa”ya 80 milyon

 “Barselona”nın futbolçusu Rafinya karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Nyukasl” oyunçunun xidmətində maraqlıdır. Premyer Liqa təmsilçisi braziliyalı üçün 80 milyon avro təklif verməyə hazırlaşır. 

Daha əvvəl bildirilirdi ki, “Barselona” Lionel Messini qeydiyyatdan keçirmək üçün Rafinyanı sata bilər.

26 yaşlı vinger bu mövsüm “Barsa”nın heyətində 45 oyunda 10 qol vurub və 11 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43