Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox azarkeş qeydə alındığı matçı “Turan Tovuz” – “Sumqayıt” görüşündə baş tutub. Tovuzdakı matçı tribunalardan 4900 tamaşaçı izləyib.
II turun ən az azarkeş qeydə alınan qarşılaşması isə “Liv Bona Dea Arena”da baş tutan “Araz Naxçıvan” – “Şamaxı” oyununda olub. Bu görüşü tribunalardan cəmi 200 azarkeş izləyib.
Turun digər matçlarında qeydə alınan tamaşaçı sayı belədir:
“Qarabağ” – “Kəpəz” – “Azersun Arena”, 2000 tamaşaçı, (3:0)
“Səbail” – “Neftçi” – “ASCO Arena”, 1200 tamaşaçı (1:1)
“Sabah” – “Zirə” – “Bank Respublika Arena”, 1350 tamaşaçı (2:0)