Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
İdmanxeber.az-ın məlumatına görə, turun ən çox maraq göstərilən matçı Masazırda baş tutub. “Bank Respublika Arena”da keçirİlən “Sabah” – “Qarabağ” görüşünü (1:2) tribunalardan 3204 azarkeş izləyib.
Fanatların ən az maraq göstərdiyi matç isə Bayılda qeydə alınıb. “Səbail” – “Kəpəz” qarşılaşmasını (0:0) stadiondan 350 azarkeş izləyib.
Digər oyunlarda qeydə alınan azarkeş sayını diqqətinizi çatdırırıq:
“Qəbələ” – “Turan Tovuz” (680 – 4:0)
“Neftçi” – “Araz Naxçıvan” – (800 – 1:1)
“Sumqayıt” – “Zirə” – (1300 – 0:0)