Dünya futbolu

Premyer Liqa maraqlı oyunla start götürəcək

İngiltərə Premyer Liqası yeni mövsümün təqvimini açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, çempionat avqustun 16-da “Mançester Yunayted” – “Fulhem” oyunu ilə başlayacaq. Son tur 25 may 2025-ci ildə baş tutacaq.

İlk turda “Çelsi” – “Mançester Siti”,  “Lester” – “Tottenhem” kimi maraqlı görüşlər keçiriləcək.

Xatırladaq ki, Premyer Liqanın son çempionu “şəhərlilər” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43