Dünya futbolu

Premyer Liqa nəhəngləri “Atalanta”nın oyunçusu üçün yarışır

“Atalanta”da çıxış edən Ederson bu mövsümkü performansıyla diqqətləri üzərinə çəkməyi bacarıb.

İdmanxeber.az-ın məlumatına görə, “Arsenal”, “Nyukasl” və “Tottenhem” oyunçunu yaxından izləyir. “Atalanta” 24 yaşlı oyunçu üçün 40 milyon avro tələb edir.

“Mançester Yunayted” və “Liverpul” da braziliyalı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

Ederson bu mövsüm bütün turnirlərdə 30 oyuna çıxıb və 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43