Dünya futbolu

Premyer Liqa nəhəngləri “Atletik”in oyunçusunu istəyir

”Arsenal” və “Çelsi” “Atletik”in (Bilbao) vingeri Niko Vilyamsla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, Bask klubu ötən aylarda 21 yaşlı vingerin müqaviləsini 2027-ci ilə qədər uzadıb.

Niko bu mövsüm 24 oyunda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.

Transfermarkt portalına görə ispaniyalı oyunçunun dəyəri 50 milyon avrodur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43