”Bayer”in oyunçusu Odilon Kossununu “Liverpul” və “Mançester Yunayted” transfer etmək istəyir.
İdmanxeber.az məlumat verir ki, 23 yaşlı müdafiəçi Leverkuzen klubunun müqavilə uzatmaq təklifini qəbul etməyib. Gənc oyunçunu heyətinə qatmaq istəyən klublardan biri də “Real”dır.
Kossunu 2021-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 24 oyuna çıxıb və 1 qol vurub.